29 avqust 2023-cü il tarixində Bakı Fond Birjasının təşkilatçılığı ilə Kapital Bazarı iştirakçılarına eləcədə potensial investorlara Repo bazarının imkanları mövzusunda vebinar keçiriləcəkdir.
FED.az xəbər evrir ki, vebinarda REPO əməliyyatlarının xüsusiyyətləri, onların faydaları, riskləri və investorlar üçün imkanları barədə ətraflı məlumat veriləcək.
Tədbirin əsas məqsədi investorların - fiziki və hüquqi şəxslərin, o cümlədən maliyyə-iqtisadi ixtisaslar üzrə ali məktəblərin tələbələrinin maliyyə savadlılığının artırılmasıdır.
Vebinarda iştirak etmək üçün Zoom link vasitəsilə qeydiyyatdan keçməyiniz xahiş olunur:
https://us06web.zoom.us/meeting/register/tZIlcOusrjouHN3vrXHEDyg0LfYuo5ZeG2pQ
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.