Bu gün Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Vüqar Namazov Azərbaycanda səfərdə olan İstanbul Fond Birjasının (“Borsa İstanbul”) sədri Himmet Karadağı qəbul edib.
FED.az BFB-yə istinadən xəbər verir ki, görüşdə iki təşkilat arasında qarşılıqlı əməkdaşlıq ələqələrinin genişləndirilməsi, mövcud bazar alətlərinin inkişaf etdirilməsi, eləcə də qarşılıqlı təşkil edilən təlim və təcrübə proqramlarının yeni müstəvidə qurulması və gələcəkdə yeni layihələrin həyata keçirilməsi istiqamətində geniş müzakirələr aparılıb.
“Borsa İstanbul”un sədri BFB-nin açılış zənginin iştirakçısı olub.
İstanbul Fond Birjasının sədri Bakıda səfərdədir
14:33
20 Dek 2017