İstanbul birjası fevralın 27-ni kəskin düşüşlə tamamlayıb.
FED.az xəbər verir ki, dünyanın digər aparıcı birjalarında olduğu kimi, İstanbulda da birja indeksi ciddi sürətdə - 4,13 pillə geriləyib. Birjanın BIST 100 indeksi günü 110.418,37 pillə ilə tamamlayıb. Birjada bankçıdıq indeksi 4,62, holdinq indeksi isə 4,77 pillə geriləyib. Ən çox geriləyən göstərici idman şireətləri olub – 9,48 pillə. Birjada kəskin ucuzlaşma koronar virus və onun yayılmasının iqtisadi nəticələri ilə bağlıdır.
Virusla yanaşı, digər iqtisadi risklər Türkiyə iqtisadiyyatına xarici investisiyaları azaldır. Türkiyə Mərkəzi Bankının məlumatına görə, son həftə ərzində ölkədən 588 milyon dollar yatırım çıxıb.
Xaricilər bir həftə ərzində 95,4 milyon dollarlıq səhm, 492,7 milyon dollarlıq Dövlət istiqrazları satıblar.