Bəhreyn Mərkəzi Bankının rəhbəri Xalid Həməd, bütün ölkələrin texnologiyanı mənimsəməsi halında gələcək illərdə istifadə ediləcək pul vahidlərinin Bitcoin-lər olacağını bildirib
İslam Bankçılığı Konfransında Bəhreyn Mərkəzi Bankının rəhbəri Xalid Həməd də çıxış edib.
Xalid Həməd, neft qiymətlərindəki dəyişikliyin bəzi hökumətləri digər sektorlarda sərmayə qoymağa və müxtəlif alətlər yaratmağa məcbur etdiyini söyləyib.
Bəhreyn Mərkəzi Bankı olaraq "Fintech" sektoruna daha çox investor cəlb etmək üçün müxtəlif işlər gördüklərini deyən Həməd, bunları qeyd edib:
"Bəhreyn olaraq "Fintech" sahəsində bu bölgənin əsas mərkəzi olmaq istəyirik. Bank kartları və kredit kartlarının buraxılması, işlənməsi və ödəmə sistemləri məsələsində 2014-də bir tənzimləmə etdik. Banklar bu sahədəki xərclərini azaltmaq istəyir. Kartla ödənişlər sahəsində lisenziya verməyə başladıq. Bu sayədə bu sahədə xidmət göstərən şirkətlər Bəhreynə gəlməyə başladılar. Banklar, bulud informasiya xərclərini azaltmaq istəyirdi. Bunun üçün də növbəti tənzimləmələri həyata keçirdik. Amazon, bulud informasiya xidmətləri sahəsində Bəhreyni bir mərkəz olaraq istifadə etməyə başladı. Bulud informasiya sektorundan yalnız banklar istifadə etmir, eyni zamanda hökumət və digər sektorlar istifadə edə bilir".
Virtual pul adlandırılan Bitcoin-ə də toxunan Həməd, Bitcoinin, gələcək illərdə intensiv olaraq istifadə edilə bilinəcəyini, hazırkı kağız pulun yerini alacağını deyib.
Həməd, "Orta və uzun perspektivdə İslami Bitcoin bizləri gözləyirmi"? sualına, "Bəli, gözləyir. Əlbəttə, bunun bir ön şərti var. Bütün ölkələrin bu texnologiyanı mənimsəmiş olsunlar. Gələcək illərdə tək istifadə ediləcək pul vahidləri Bitcoin-lər olacaq. Qarşıdakı illərdə kartların da ortadan qalxacağını düşünürük. Əməliyyat xərcləri və riskləri azaltmaq üçün ATM-lərdən şəxsi məlumatlarınızı daxil edərək əməliyyat aparılacağını proqnozlaşdırıram",- deyə cavab verib.