Dekabrın 8-də Bakı Fond Birjasında "Azərbaycan İpoteka Fondu" ASC-nin 15 milyon manatlıq adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılacaq.
FED.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ipoteka istiqrazlarının emissiya prospektini noyabrın 10-da qeydə alınıb. Ümumilikdə 50 milyon manatlıq istiqraz buraxılacaq, bu istiqrazlar üzrə illik gəlirlilik 3 faiz təşkil edir.
Bu pulla 750 ev almaq olar
İpoteka istiqrazları hazırda tikinti sektorunu dəstəkləmək üçün istifadə etdiyi əsas rıçaqlardandır. Sözügedən istiqrazların buraxılmasından əldə edilən 50 milyon manat vəsait güzəştli ipoteka kreditlərinin verilməsinə sərf edilir. Hazırda mənzil bazarında olan orta qiymətləri nəzərə alanda, bu vəsaitlə təqribən 750 mənzil almaq mümkündür.
İstiqrazların «gizli alıcısı»
Hərçənd istiqrazların yerləşdirilməsi prosesini özü formal xarakter daşıyır. Çünki manatla illik cəmi 3% gəlirli alət demək olar ki, heç bir özəl quruma maraqlı deyil. Ona görə də, bir qayda olaraq belə hərrəclarda istiqrazlar bir sıra özəl banklar tərəfindən alınaraq yenidən Mərkəzi Banka ötürülür. Yəni istiqrazın faktiki alıcısı Mərkəzi Bankdır.
Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC vasitəsilə keçiriləcək. Depozitari və sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.
İpoteka «kisəsinin» ağzı açıldı – «GİZLİ ALICI» KİMDİR?
09:09
6 Dek 2017