Avtomobil lizinqi şirkəti "International Leasing" ASC-nin səhmdarlarının sayı artıb.
FED.az xəbər verir ki, şirkətin səhmdarlarının sayı 1 fiziki şəxsdən 3 fiziki şəxsə yüksəlib.
Belə ki, yeni səhmdar cəlbindən öncə "İnternational Leasing" ASC-nin nizamnamə kapitalının 100%-i Həsənov Nicat Vaqif oğluna məxsus idi.
2024-cü ilin İyun ayında yeni səhmlərin emissiyası yolu ilə bankın nizamnamə kapitalı 950 min manat artırılaraq 1 milyon manata çatdırılıb. Yeni səhmlər Həsənov Nicat Vaqif oğlu ilə bərabər Həsənov Rifat Vaqif oğlu və Cabbarova Leyla Vaqif qızı tərəfindən də əldə edilib. Nəticədə, "İnternational Leasing" ASC-nin niamnamə kapitalının 45%-i (450 min manatı) Nicat Həsənova, digər 45%-i (450 min manatı) Rifat Həsənova və 10%-i (100 min manatı) Leyla Cabbarovaya məxsusdur.
Qeyd edək ki, "International Leasing" ASC 2024-cü ilin 1-ci yarısını 133 min manat xalis mənfəət ilə başa vurub. Şirkət ilk 6 ayda təxminən 179 min manat faiz və qeyri-faiz gəlirləri əldə edib.
Əlavə edək ki, Həsənov Rifat Vaqif oğlu "International" Bank Olmayan Kredit Təşkilatının Müşahidə Şurasının sədri, Həsənov Nicat Vaqif oğlu isə Təşkilatın İdarə Heyətinin sədridir. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.