Goldman Sachs bankı qızılın qiymətinə dair proqnozunu yenidən nəzərdən keçirərək artırıb.
Bitcoin canlanır, qiymət artdı - SON QİYMƏT
FED.az xəbər verir ki, bankın aprel ayının 11-də yayımladığı hesabatda bildirilir ki, spot qızılın qiymətinin 2024-cü ilin sonuna qədər 3,700 dollar/unsiyaya, 2026-cı ilin ortalarına qədər isə 4,000 dollar/unsiyaya çatması gözlənilir.
Hesabatın müəlliflərindən biri olan Lina Thomas və onun həmkarları qeyd ediblər ki, bu dəyişikliyin əsas səbəbi mərkəzi bankların gözləniləndən daha güclü qızıl tələbi və resessiya risklərinin artması fonunda qızıl fondlarına (ETF-lərə) olan axının çoxalmasıdır.
Yeni proqnoz çərçivəsində analitiklər mərkəzi bankların hər ay 80 ton qızıl alacağını nəzərə alıblar. Bu göstərici əvvəlki təxmin olan 70 tonla müqayisədə daha yüksəkdir və qlobal qızıl bazarına tələbin ciddi şəkildə artdığını göstərir.
Bundan əlavə, bond bazarındakı son təzyiqlər və qızılın qiymətindəki artım, qızılın resessiya risklərinə qarşı “unikal” qoruyucu vasitə olduğunu bir daha nümayiş etdirir. Analitiklər bildirirlər ki, iqtisadi qeyri-müəyyənlik şəraitində investorlar qızılı daha çox etibarlı aktiv kimi görməyə başlayıblar.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.