“Ferrum Kapital”ın səhmdarlarının sayı artıb.
Eləcə də bax: “Holcim Azərbaycan”nın səhmləri - Bahalaşıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Ferrum Kapital”a 2 yeni səhmdar gəlib. Bu səhmdarlar 68%-lə Demirçi Qafar Aydın oğlu və 23%-lə Habib Zadeh Mohammad Reza-dır.
Şirkətin digər səhmdarları 4.5% ilə Aqa Şirkətlər Qrupu QSC və 4.5% ilə Vesta Konsaltinq
MMC-dir.
Xatırladaq ki, “Ferrum Kapital” yerli və beynəlxalq faktorinq xidmətlərinin göstərilməsi məqsədi ilə 2017-ci ildə yaradılıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür