Bakı Fond Birjası bu ilin yanvar-may ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin əməliyyat sayını həcmini açıqlayıb.
"FED.az" BFB-yə istinadən investisiya şirkətlərinin əməliyyat sayına istinadən bu barədə xəbər verir.
Məlumata görə ən yüksək göstərici "ABB İnvest İnvestisiya Şirkətində"dir - 11 min 125 əməliyyat.
"Xalq Kapital İnvestisiya Şirkətin"in əməliyyat sayı 3 min 729 olub.
"Paşa Kapital İnvestisiya Şirkətin"in əməliyyat sayı 3 min 313 ədəd təşkil edib.
4-cü yerdə 2 min 836 əməliyyat sayı ilə "Capital Partners İnvestisiya Şirkəti" qərarlaşıb.
"Assist Finace İnvestisiya Şirkəti" 980 əməliyyat sayı ilə 5-ci olub.