Dünya bazarında əmtəə qiymətləri bu il 3 faiz ucuzlaşandan sonra, 2025-ci ildə 5 faiz, 2026-cı ildə isə daha 2 faiz azalacağı gözlənilir.
FED.az xəbər verir ki, bu barədə Dünya Bankının Əmtəə qiymətləri ilə bağlı proqnoz hesabatında (Commodity Markets Outlook) bildirilir.
Nəticədə dünyadakı məcmu əmtəə qiymətləri 2020-ci ildən bəri ən aşağı səviyyəyə düşəcək.
Hesabatda deyilir ki, gözlənilən qiymət azalmasının səbəbi, qarşıdakı döürdə neftin ucuzlaşmasıdır. Bununla yanaşı, təbii qazın qiymət artımı, eləcə də metallar və kənd təsərrüfatı məhsullarının qiyməti üzrə sabit proqnoz bunu müəyfən qədər kompensasiya edir.
Hesabata əsasən, «Brent» markalı neftin qiymətinin 2024-cü ildə orta hesabla 80 dollar/barel olacağı proqnozlaşdırılır, amma 2025-ci ildə 73 dollar/barelə, 2026-cı ildə isə 72 dollar/barelə enəcək.
Beləliklə, 2022-ci ilin ən yüksək səviyyəsindən, illik orta neft qiymətlərinin 2021-ci il səviyyəsindən bir qədər yuxarı qalaraq, 2026-cı ilə qədər ardıcıl dörd il azalacağı gözlənilir.
Neftin və digər əmtəələrin qiymətinin artması ilə bağlı əsas risk Yaxın Şərqdə münaqişənin güclənməsidir – Dünya Bankı hesab edir.
Bununla belə, bəzi risklər var ki, onların nəticəsində daha uzunmüddətli dövrdə neftin daha kəskin ucuzlaşması baş verə bilər. Buraya qlobalda, xüsusən də Çində, neft tələbinin getdikcə azalması, neft hasilatının şaxələndirilməsi; və OPEC+ tərəfindən saxlanılan geniş neft tədarükü potensialı aiddir. Xüsusilə OPEC+ hasilatın son azaldılmasını ləğv edərsə, neft qiymətlərinin aşağı düşməsi riski yaradır.
Sənaye əmtəə tələbi üçün iqtisadi fəaliyyətdən irəli gələn ikitərəfli risklər də mövcuddur.
Bir tərəfdən, Çində razılaşdırılmış stimul və ABŞ-da tendensiyadan yuxarı artım əmtəə qiymətlərini yüksəldə bilər. Digər tərəfdən, gözləniləndən daha zəif qlobal sənaye fəaliyyəti onları zəiflədə bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.