3 mart 2020-ci il tarixində Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105005786 ISIN-li, 15 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilb.
Hərrac zamanı 8 investor tərəfindən qiyməti intervalı 94.6187 AZN (9.0000%) və 101.5202 AZN (5.1899%) olan 13 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.5202 AZN (5.1899%), orta ölçülmüş qiyməti 101.5202 AZN (5.1899%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 42,299,500.00 AZN yerləşdirilmiş həcmi isə 15 mln. manat təşkil edilib.
İstiqrazların ödəmə tarixi 1 mart 2022-ci il.
Hərrac iştirakçıları 4 mart 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.