Bu gün mayın 5-də Bakı Fond Birjasında “GL” ASC-nin tədavül müddəti 5 il olan, nominal dəyəri isə 1 000 dollar olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, ümumi həcmi 400 min dollar olan istiqrazlar illik 15%-lə buraxılıb.
Gəlirliyi cəlbedici görünsə də, istiqrazların alanması üçün cəmi 1 sifariş verilib. Həmin investor bütün istiqrazları alıb. Xatırladaq ki, sözügedən istiqrazlanın müddəti 5 ildir, bu o deməkdir ki, istiqraza yatırım edənlər vəsaitlərini 5 ildən sonra geri ala biləcəklər, ya da onları təkrar bazarda sata bilərlər.
İstiqrazlar üzrə faizlərin ödənişi hər ay həyata keçiriləcək.
İstiqrazların ödəmə tarixi 05.05.2028-ci ildir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.