Son bir ay ərzində Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Rusiya və Türkiyədə dolların məzənnəsi kəskin artıb.
Eləcə də bax: Türkiyədə dollar - YENİDƏN BAHALAŞDI - SON QİYMƏT
FED.az xəbər verir ki, fevralın 25-də Rusiyada ABŞ dollarının məzənnəsi 65,325 rubla bərabər olub. Bu bir ay əvvəllə müqayisədə 5,2% yüksəkdir.
Yanvarın 25-də Rusiyada dolların məzənnəsi 62,073 manat olmuşdu.
Türkiyədə isə fevralın 25-də ABŞ dollarının məzənnəsi 6,15 lirə təşkil edib. Bu bir ay əvvəllə müqayisədə 3.6% yüksəkdir. Yanvarın 26-da Türkiyədə dolların məzənnəsi 5,94 lirə olmuşdu.
Qeyd edək ki, Rusiya və Türkiyə Azərbaycanın xarici ticarətdə. Xüsusilə də idxalda əsas tərəfdaşıdır. Azərbaycanın xaricdən idxalının 16,76%-i Rusiyanın, 12,05%-i Türkiyənin payına düşür.
2019-cu ildə bu iki ölkə ölkəyə idxalın 28,81%-ni təşkil edib.