“Dəmir-Beton” ASC-nin səhmdarların növbəti ümumi yığıncağı 11 iyul 2020-ci il tarixdə saat 14:00-da Nizami ra-
yonu, Keşlə qəsəbəsi, Energetika küç. 5 ünvanında keçiriləcək.
Eləcə də bax: “Bakı Dəmir Beton-8”in rəhbəri dəyişəcək – SƏHMDARLAR TOPLAŞIR
FED.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakılar daxildir daxildir.
1. Hesablama Komissiyasının seçilməsi
2. İdarə heyətinin hesabatı
3, Təftiş komissiyasının hesabatı
4. İdarə heyətinin hesabatının və illik hesabatların təsdiq edilməsi
5. İdarə heyətinin seçilməsi
6. Direktorlar şurasının seçilməsi
7. Təftiş komissiyasının seçilməsi
8. Dividendlərin bölüşdürülməsi.