Azərbaycan Mərkəzi Bankı (AMB) “Capital Partners İnvestisiya Şirkəti” QSC-yə icrası məcburi göstəriş verib.
Bu barədə FED.az AMB-yə istiandən xəbər verir.
Məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılmış kompleks yoxlama zamanı qiymətli kağızlar bazarı haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələbləri ilə bağlı bir sıra pozuntular qeydə alınmış, pozuntuların aradan qaldırılması ilə əlaqədar “Capital Partners İnvestisiya Şirkəti” QSC-yə icrası məcburi göstəriş verilib.