Rusiyanın Ukrayna taxılının Qara dəniz üzərindən ixracına imkan verən sazışdən çıxması qlobal ərzaq təhlükəsizliyi ilə bağlı qorxuları yenidən alovlandırdı və bu əmtəə qiymətlərinə də təsirini göstərməkdədir.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə 14:30 radələrində buğdanın bir buşelinin fyuçers qiyməti 25 sent, və ya 4% artaraq 6.99 dollara qədər bahalaşıb. Bir buşel 27.216 kiloqrama bərabərdir ki, qiymətin 26 sent/kq olması deməkdir.
Hazırkı buğda qiymətləri son üç həftənin maksimumudur
Qarğıdalı fyuçersləri buşel üçün 5.26 dollara, soya fyuçersləri isə 13.89 dollara yüksəlib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.