Rusiyalıların 49 faizi Yeni il hədiyyəsi olaraq kriptovalyuta almaq istərdi.
Bu, Rusiyada sakinlər arasında keçirilmiş rəy sorğusu nəticəsində məlum olub.
Onlardan 20 faizi isə hədiyyə kimi məhz bitkoin almaq istəyində olduğunu deyib.
Rəy sorğusuna əsasən, respondentlərin böyük əksəriyyəti – 64 faizi hədiyyə qismində elektron qurğular almaq istəyir. Onlardan 31 faizi smartfon, 21 faizi noutbuk, 10 faizi isə “ağıllı” saat və qolbaq almaq istədiyini deyib.
Bundan başqa, respondentlərin yalnız 23 faizi elektron qurğuları hədiyyə verməyə hazır olduğunu deyib.