Yaponiyada bir şirkət, işçilərinin əmək haqlarının bir hissəsini virtual pul vahidi Bitcoin ilə ödəyəcəyini açıqlayıb.
"GMO İnternet Group" adlı şirkətdən bildiriblər ki, 2018-in mart ayından etibarən 4 min işçinin maaşlarının 100 min yenlik (təxminən 870 dollar) qisminin kriptovalyuta vahidi ilə ödənilməsi variantı təklif olunacaqdır.
Virtual pul vahidi ilə ödəmənin işəgötürən və işçi arasında qarşılıqlı razılığa əsasən həyata keçiriləcəyi vurğulanan açıqlamada, Bitcoin ilə aparılan ödəmənin bu baxımdan ölkə qanunlarına uyğun olduğu qeyd edilib.
Qərarın, Bitcoinin təşviq edilməsi məqsədi daşıdığı qeyd edilib.
Bir neçə gün əvvəl dəyəri 19 min dollara qədər yüksələn virtual pul vahidi Bitcoin, ABŞ-ın Çikaqo şəhərindəki CBOE birjasında "XBT" kodu ilə ticarət olunmağa başlanıb.
Bazar dəyəri 280 milyard dolların üzərinə çıxan Bitcoin, beynəlxalq dərman şirkəti Pfizer və ABŞ-ın telekommunikasiya şirkətləri AT&T və Verizon kimi nəhəng şirkətləri geridə qoyur.
Dünya miqyasında 1200-ə yaxın digər virtual pul vahidlərinin ümumi bazar dəyəri isə təxminən 400 milyard səviyyəsindədir.