13 aprel 2023-cü il tarixində Bakı Fond Birjasında BOKT “Falcon Finance” MMC-nin tədavül müddəti 1 təqvim ili, nominal dəyəri 1,000 manat olan AZ2001025322 dövlət qeydiyyat nömrəli, 700 min manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
BOKT “Falcon Finance” MMC-nin istiqrazları üzrə - “Açılış Zəngi” keçirildi
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, hərrac zamanı 9 investor tərəfindən qiyməti 1000 manat olan 9 sifariş təqdim edib.
İstiqrazın illik faiz dərəcəsi 14%, faiz ödəniş dövrü isə hər 30 təqvim günündən bir təşkil edir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 700 min manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 700,000 manat təşkil edib.
Yerləşdirmə üzrə anderrayter “PSG-Kapital İnvestisiya Şirkəti” ASC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür