Dekabrın 1-də Bitkoin məzənnəsi 19 aylıq maksimumunu yeniləyərək 38,8 min dollara çatıb.
FED.az xəbər verir ki, bunu "Coinmarketcap" ticarət platformasının məlumatları sübut edir.
Belə ki, cari artım ABŞ-da inflyasiyanın yavaşlaması və ABŞ Federal Ehtiyatlar Sisteminin (FRS) uçot faiz dərəcəsinin mümkün azaldılması ilə bağlı investorların nikbinliyi ilə əlaqələndirilir.
Müsbət dinamika sənaye tənzimlənməsində qarşıdan gələn dəyişikliklərlə də dəstəklənir.
Dekabr ayında Bitkoinin qiyməti 45 min dollar səviyyəsinə qalxa bilər. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.