FED.az xəbər verir ki, son sutka ərzində bitkoinin qiyməti 1640 dollar vıə ya 11% artaraq 14 832 dollardan, 16 472 dollara yüksəlib. Bu dövrdə qiymətin 16 499 dolara yüksəldiyi vaxt da olub. Bu bitkoinin qiymət artımının yenidən bərpa olunması deməkdir.
Xatırladaq ki, bir neçə gün əvvəl bitkoinin qiymətində kəskin enmə baş vermişdi və qiymətlər 20 min dollara yaxınlaşdıqan sonra 12 min dollara enmişdi. Amma o vaxtdan indiyədək, qiyməər artır. Dekabrın 22-də bitkoin 11 885 dollar olduğu halda indiyədək 4587 dollar bahalaşıb.
