2018-ci ildə Bitkoinin dəyəri 60 min dollara qədər yüksələcək. Xarici medianın yazdığına görə, proqnozlara görə bitkoinə sərmayə yatırımı 1 trilyon dolları ötəcək.
Bu barədə "Outrageous Predictions " un şokedici proqnozunda məlumat verilir.
Qeyd olunur ki, bundan sonra kriptovalyutanın qiymətində kəskin enmə tendensiyası başlayacaq. Hətta 2019-cu ildə onun qiymətinin 1000 dollara qədər düşəcəyi gözlənilir.
Bu rəqəmlər "Saxo Bank" onlayn bankının proqnozlarında da da əksini tapıb.
Bankın mütəxəssisləri hesab edirlər ki, yeni ildə "Apple" şirkəti dəyərdən düşəcək. Onun əvəzində isə dünyada ən bahalı şirkət statusunu Çinin "Tencent" internet holdinqi tutacaq.
Xatırladaq ki, şirkətin kapitallaşması bu il noyabrın sonuna artıq 500 milyard dolları ötüb.
İnsider©
Bitkoin çökəcək, "Apple" dəyərini itirəcək - ŞOK PROQNOZ
11:22
8 Dek 2017