Dünyanın kriptovalyuta bazarında sürətli bahalaşma başlayıb.
FED.az xəbər verir ki, əsas kriptovalyuta sayılan bitkoin son bir sutkada daha 500 dollar bahalaşaraq 10 min dolları keçib.
Qiymətlər 10150 dollara kimi yüksəlib və 10120 dolar ətrafında sabitləşib.
Ümumiyyətlə son 5 gün ərzində bitkoinin qiymətində min dollardan çox artım olub.
Belə ki, fevralın 4-də bitkoin 9117 dollara olduğu halda indi 10120 dollar ətrafındadır. Son bir ayda isə bitkoin 2 min dollardan çox bahalaşıb.
Son 50 gün ərzində isə – dekabrın 18-də 6600 dollar idi – qiymət 3500 dollar yüksəlib. İndi qiymətlər sentyabrdan bəri ən yüksək həddədir.
Bitkoinlə birlikdə digər koinlərin qiyməti də sürətlə artmaqdadır. Son sutka ərzində 100 əsas koindən 77-nin qiyməti artıb, 23-də azalma baş verib. Son bir gündə «KickToken» - bazar həcmi 400 milyon dollardır – 43%, «Bitcoin Diamond» - bazar həcmi 170 milyon dollardır – 36,5%, «Molecular Future» - bazar həcmi – 98 milyon dollardır – 26%, «Lisk» isə - bazar həcmi 220,5 milyon dollardır – 25,4% bahalaşıb.