İyulun 6-da dünya birjalarında kənd təsərrüfatı məhsullarının qiyməti artıb. FED.az xəbər verir ki, birjalarda qarığdalının 1 buşelinin qiyməti 8 sent (2,27%) artaraq 360,25 sent və ya 1 kiloqramı 13,34 sent olub.
Buğdanın 1 buşelinin qiyməti 9,75 sent (1,93%) artaraq 515,25 sent və ya 1 kiloqramı 19,08 sent olub.
Birjalarda pambığın 1 funtunun qiyməti 2,49 (3,04%) artaraq 84,45 sent və ya 1 kiloqramı 1,86 dollar olub.
Birjalarda qızılın qiyməti enib. Ötən gün qızılının 1 unsiyasını qiyməti 2,43 (0,19%) azalıaraq 1 255,48 dollar olub.
Birjalarda kənd təsərrüfatı məhsullarının qiyməti
11:22
7 İyul 2018