ABŞ Federal Ehtiyyatlar Sisteminin bu gün keçiriləcək toplantısı öncəsi birjalarda investorların bir qədər ehtiyyatlı davrandıqları müşahidə olunur.
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı - HƏFTƏLİK ANALİZ
FED-in faiz dərəcələrini 0.25% artıracağına əmin olan investorların diqqəti, bunun sərtləşdirmə dövründə son faiz artımı olub-olmayacağına yönələcək. Bu səbəbdən də FED-in faiz qərarı ilə yanaşı, FED sədri Jerome Pavelin pul-kredit siyasəti ilə bağlı qiymətləndirmələri investorlar tərəfindən izləniləcək.
Qeyd edək ki, FED, yüksələn inflyasiya ilə mübarizə aparmaq üçün son 40 ildən çox müddətdə ən sürətli sərtləşdirmə dövrünə başladığı 2022-ci ilin mart ayından etibarən uçot dərəcələrini 500 baza bəndi artırdıqdan sonra ötən ay faiz artımını dayandırmışdı.
Makroiqtisadi məlumatlara gəldikdə isə dünən ABŞ-da “S&P Case-Shiller” Milli Ev Qiymətləri İndeksi may ayında keçən ilin eyni dövrü ilə müqayisədə 0.5% azalıb.
ABŞ-da “Conference Board” İstehlakçı İnamı İndeksi iyul ayında 6.9 bənd artaraq 117 bəndə yüksələrək 2021-ci ilin iyul ayından bəri ən yüksək səviyyəni test edib.
Bu gün FED-in faiz qərarı ilə yanaşı Amerikanın tikinti sektoru və mənzil bazarına dair önəmli statistik rəqəmlər də birjaların diqqət mərkəzində olacaq.
Qeyd edək ki, hazırda 101.30 bənd səviyyəsində qərarlaşan DXY-da “buğalar” qiyməti 100 bənd səviyyəsinin üzərində qoruyub saxlaya bilsələr, dollarda artım tendesiyası davam edə bilər.
Məlumat InvestAZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.