28 mart 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin ümumi dəyəri 35 milyon ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.
Dolları olanlar üçün «Kapital Bank»dan istiqraz «bombası» - İLLİK 7%-LƏ DOLLAR İSTİQRAZI GƏLİR
FED.az xəbər verir ki, qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Abunə yazılışının başlanmasına ən azı 1 iş günü qalmış abunə yazılışının baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| övlət qeydiyyat nömrəsi – İSİN | AZ2008005152 | 
| İstiqrazların növü və forması | Faizli təmin edilməmiş sənədsiz adlı | 
| İstiqrazların sayı | 350000 (ədəd) | 
| Nominal Dəyəri | 100 ABŞ dolları | 
| İllik faiz dərəcəsi | 7 % | 
| Tədavül müddəti | 7 il, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə | 
| Kupon faizlərinin ödəniş müddəti | Rüblük (Hər 90 təqvim günün başa çatması tarixindən növbəti 3 iş günündən gec olmayaraq) | 
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.




 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








