Birja

BFB-də İKZF-nin 50 mln. manatlıq - İstiqrazları Yerləşdirilib

BFB-də İKZF-nin 50 mln. manatlıq - İstiqrazları Yerləşdirilib | FED.az
16:27 10 İyun 2021

Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zamanət Fondunun (İKZF) AZ2052008680 ISIN-li, 50 mln. manat həcmində, 9 720 tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

FED.az xəbər verir ki, BFB-dən  verilən məlumata görə, sifarişlərin nominal qiymətlə ümumi məbləği 50 mln. manat olub. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 50 mln. manat təşkil edib.

Qeyd edək ki, istiqrazların ödəmə tarixi 20 yanvar 2048-ci ildir. (Apa)

Banner

Digər xəbərlər