Martın 13-də Bakı Fond Birjasında «BANK RESPUBLİKA» ASC-nin istiqrazlarının rəqabətli hərrac üsulu ilə yerləşdirilməsi keçiriləcək.
FED.az xəbər verir ki, 6 mart 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BANK RESPUBLİKA" ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
Həmin qərara əsasən istiqrazların rəqabətli hərrac üsulu ilə yerləşdirilməsi 13.03.2025-ci il tarixində Bakı Fond Birjasında keçiriləcəkdir.
Xatırladaq ki, «Bank Respublika»nın istiqraz buraxılışı çərçivəsində ümumi məbləği 5 milyon dollar olan dollar istiqrazları buraxılacaq. Buraxılacaq istiqrazların sayı 5 min ədəd, bir istiqrazın nominal qiyməti 1000 dollardır.
İstiqrazlar hazırda ölkənin qiymətli kağızlar bazarı üçün rekord gəlirliliklə – dollarda illik 8,5% gəlirliliklə buraxılacaq.
Qeyd: İstiqrazlar subardinasiya borc şəklində, 8 illik tədavül müddətilə buraxılır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | BANK RESPUBLİKA" ASC | 
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2007002887 | 
| İstiqraqzların növü və forması | Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar | 
| Ticarət üsulu/forması | Kütləvi/ Rəqabətli | 
| İstiqrazların sayı | 5,000 (ədəd) | 
| İlkin ticarət qiyməti | 1,000 ABŞ Dolları | 
| Buraxılış həcmi | 5,000,000 ABŞ Dolları | 
| İllik gəlirlilik faizi | 8.5% | 
| Ödəmə periodu | Ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər aydan bir (ayda günlərin sayı 30 (otuz) götürülməklə) | 
| Tədavül müddəti | 8 il | 
| Ticarətə buraxılma tarixi | 13.03.2025 | 
| Anderrayter | “ABB-İnvest İnvestisiya Şirkəti” QSC | 




 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








