Birja

Bakı Fond Birjasının rəhbərliyində dəyişiklik olub – YENİ ÜZVLƏR SEÇİLDİ

Bakı Fond Birjasının rəhbərliyində dəyişiklik olub – YENİ ÜZVLƏR SEÇİLDİ | FED.az
14:46 2 İyul 2019

“Xalq Bank” və “Rabitəbank” təmsilçiləri dəyişdi

ASC “Xalq Bank”ı təmsil edən Seyfəddin İbayev, Bakı Fond Birjasında Müşahidə Şurasına üzv seçilib.

FED.az Banker.az-a istinadən xəbər verir ki, o bu vəzifədə “Xalq Bank”ın Xəzinədarlıq idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Rövşən İsmayılov-u əvəz edib.

Bildirək ki, Seyfəddin İbayev “Xalq Bank”da Hüquq İdarəsinin Bank fəaliyyətinin hüquqi təminatı şöbəsinin rəisi-İdarə rəisinin müavini vəzifəsində çalışır.

Digər üzv kimi isə “Rabitəbank” ASC-ni təmsil edən Samir Rzayev üzvlükdən çıxarılıb, yerinə MŞ üzvü kimi Binnət Novruzov təyin olunub.

Xatırladaq ki, BFB-nin Müşahidə Şurasına “Kapital Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini olan Yaşar Məmmədov sədirlik edir.

Digər xəbərlər