Cari ilin yanvar-may aylarında "Bakı Fond Birjası"nda (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 7 323,769 mln manat təşkil edib. FED.az xəbər verir ki,bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,4% azdır.
Eləcə də bax: “Azərbaycan İnvestisiya Şirkəti” sahibkarlara - MÜRACİƏT EDİB
BFB-nin dövriyyəsinin 78,74% və ya5 767,75 mln manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu da illik müqayisədə 16,9% çoxdur. Qeyd edilən dövr ərzində səhm bazarı üzrə əqdlərin dəyəri 98,3% azalaraq 1,167 mln manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri 20,23% azalaraq 301,632 mln manat, istiqraz bazarı üzrə əqdlərin dəyəri 39,1% azalaraq 171,565 mln manat, törəmə maliyyə alətləri üzrə əqdlərin dəyəri isə 74,8% azalaraq 1 081,656 mln manat təşkil edib.