Bakı Fond Birjasında 2019-cu ilin ilk səkkiz ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 10,022,897,272 manat təşkil etmişdir.
FED.az xəbər verir ki, 2018-ci ilin analoji dövrü üzrə əməliyyatların həcmi 9,643,471,293 olmuşdur. Nəticə olaraq, 2019-cu ilin ilk 8 ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmində ötən ilin ilk 8 ayına nəzərən 4% artım qeydə alınmışdır.
2019-cu ilin avqust ayına Bakı Fond Birjasının kapitalizasiyası 3,373,630,765.59 manat təşkil etmişdir. Ümumilikdə Birjanın kapitalizasıyası keçən aya nisbətən 0.04% artmışdır