Bu ilin yanvar-mart aylarında Bakı Fond Birjasında (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 5,582 mlrd. manat təşkil edib.
FED.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur.
Son bir ildə bağlanmış əqdlərin sayı isə 50,4% artaraq 26 837-yə çatıb.
BFB-nin dövriyyəsinin 45,8%-i və yaxud 2,557 mlrd. manatı törəmə maliyyə alətlərinin payına düşüb. Bu, bir il əvvələ nisbətən 2,7 dəfə çoxdur.
Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 9,2 dəfə artaraq 2,608 mlrd. manat, səhm bazarı üzrə əqdlərin dəyəri 90,65% azalaraq 0,056 mlrd. manat, istiqraz bazarı üzrə əqdlərin dəyəri 11,6% azalaraq 0,146 mlrd. manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri isə 47,4 dəfə artaraq 0,2151 mlrd. manat olub.