Bakı Fond Birjası (BFB) 2026-ci ilin yanvar-iyul ayları ərzində birja əməliyyatlarının həcmini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə BFB-də ümumilikdə 26 milyard 28 milyon manatlıq əməliyyat aparılıb. 2025-ci ilin eyni dövrü ilə müqayisədə birja əməliyyatlarının həcmi 14 milyard 227 milyon manat və ya 35,3% azalıb.
Xatırladaq ki, 2025-cü ilin yanvar-iyul aylarında BFB-də ümumilikdə 40 milyard 255 milyon manatlıq əməliyyat aparılmışdı.
Ənənəvi olaraq bəhs olunan dövrdə birjadakı əməliyyatların böyük hissəsi – 23 milyard 133 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu birja üzrə ümumi əməliyyatların 88,9%-i deməkdir.
Ötən müvafiq dövrü ilə müqayisədə repo əməliyyatlarının həcmi 11 milyard 146 milyon manat və ya 32,5% azalıb. Birjada repodan kənar əməliyyatların ümumi həcmi 2 milyard 896 milyon manat olub. Bu rəqəmin 2 milyard 490 milyon manatı və ya 86%-i dövlət qiymətli kağızlarının payına düşür.
Bura dövlət istiqrazları ilə əməliyyatlar – 727,9 milyon manat, Mərkəzi Bankın notları – 1 milyard 154 milyon manat və ipoteka istiqrazları – 608,3 milyon manat - aiddir. Korporativ qiymətli kağızlarla əməliyyatların həcmi isə 405,6 milyon manat olub.
2026-cı ilin ilk yarısında repo əməliyyatları ilə yanaşı, qeyri-repo əməliyatlarında da kəskin artım baş verib – faktiki olaraq qeyri-repo əməliyyatları 3,1 milyard manat və ya 2,1 dəfə azalıb.
Ən böyük azalma dövlət qiymətli kağızlarında baş verib, burada dövriyyə 2 milyard 826,5 milyon manat və ya 4,9 dəfə azalaraq 728 milyon manata, korporativ qiymətli kağızlar üzrə dövriyyə 241,1 milyon manat (37,3%) azalaraq 406 milyon manata, ARMB notları üzrə dövriyyə 155 milyon manat (15,5%) artaraq 1 milyard 154 milyon manata, ipoteka istiqrazları üzrə dövriyyə 167 milyon manat (21,5%) azalaraq 608 milyon manata düşüb.
|
Bakı Fond Birjasının dövriyyəsi |
|||
|
|
Yanvar-iyul, 2025 |
Yanvar-iyul, 2026 |
Azalma |
|
Ümumi dövriyyə |
40 milyard 255 milyon manat |
26 milyard 28 milyon manat |
35,3% |
|
Repo əməliyyatları |
34 milyard 174 milyon manat |
23 milyard 133 milyon manat
|
32,5% |
|
Qeyri-repo əməliyyatları |
6 milyard 081 milyon manat |
2 milyard 895 milyon manat
|
2,1 dəfə |
|
|
|
|
|













