2022-ci ilin yanvar-fevral dövründə Bakı Fond Birjasında qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 3 milyard 180 milyon 546 minmanat təşkil etmişdir.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumatda bildirilir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızlar üzrə ticarət həcmində 110 %, repo əməliyyatları üzrə 141%, ümumi ticarət həcmində isə 12% artım qeydə alınıb.
2022-ci ilin fevral ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 4 milyard 308 milyon 190 min manat təşkil etib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.