Bakı Fond Birjasında 2023-cü ilin yanvar-iyul ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 9 milyard 777 milyon 82 min manat təşkil edib.
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı - HƏFTƏLİK ANALİZ
FED.az xəbər verir ki, Fond Birjasının yaydığı məlumata görə, əməliyyatların ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% artıb.
Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ilkin bazarı üzrə ticarət həcmində 27%, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 39% böyümə qeydə alınıb, repo əməliyyatları üzrə 61% artım olub. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 9 dəfə artım baş verib.
2023-cü ilin iyul ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 4 milyard 900 milyon 145 min manat təşkil edib və ötən ilin son ticarət günü ilə müqayisədə 20% böyümə qeydə alınıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.