Bakı Fond Birjasında 01.01.2022-31.05.2022 tarixləri ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 7 milyard 415 milyon 756 min manat təşkil edib.
Eləcə də bax: "Bakı Fond Birjası"nın səhmdar tərkibində - DƏYİŞİKLİK OLUB
FED.az xəbər verir ki, Birjanın yaydığı məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızlar üzrə ticarət həcmində 205%, repo əməliyyatları üzrə 25 %, korporativ qiymətli kağızlar üzrə olan repo əməliyyatları üzrə 552%, ümumi ticarət həcmində isə 8% artım qeydə alınıb.
2022-ci ilin may ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 4 milyard 138 milyon 166 min manat təşkil etmişdir.