Bakı Fond Birjasında 2022-ci ilin yanvar ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 1 milyard 141 milyon 128 min 777 manat təşkil etdib.
FED.az xəbər verr ki, birjanın yaydığı məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızlar üzrə ticarət həcmində 14 %, repo əməliyyatları üzrə isə 102% artıb.
2022-ci ilin yanvar ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 4 milyard 307 milyon 867 min 115 manat təşkil edib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.