Xəbər verildiyi kimi, Bakı Fond Birjasında (BFB) ticarət üzrə xidmət haqlarına – ticarət tariflərinə yenidən baxıb. FED.az-ın məlumatına görə, üstünlük təşkil edən istiqraz bazarı üzrə əməliyyatlardan tutulan xidmət haqqı 2 dəfə azaldılıb.
Eləcə də bax: BFB-də qiymətli kağızlar və törəmə maliyyə alətlərilə – TİCARƏT QAYDALARI DƏYİŞİB
Ticarət həcmi əhəmiyyətli dərəcədə artan repo əməliyyatları üzrə də xidmət haqları sadələşdirilib. Tariflərin aşağı salınması kapital bazarına əlavə investor bazasının cəlb edilməsi, marketmeyker fəaliyyətinin canlandırılması, likvidliyin artırılması və bazar iştirakçılarının xərclərinin azalması kimi məsələlərdə öz müsbət təsirini göstərəcək.
Bakı Fond Birjasında keçirilən əqdlər üzrə Tariflər:
Maliyyə aləti |
Komissiya haqqı |
Digər şərtlər |
Dövlət və bələdiyyə qiymətli kağızları, Azərbaycan Respublikasının Mərkəzi Bankının notları |
Yerləşdirmə 0,02% |
Komissiya haqqı əqdin həcmindən investorlardan tutulur |
Təkrar bazar 0,01% |
Komissiya haqqı əqdin həcmindən və hər iki tərəfdən tutulur |
|
Marketmeyker əqdləri 0% |
Komissiya haqqı əqdin həcmindən tutulur və yalnız marketmeykerə şamil edilir, əqdin digər tərəfindən Tarif cədvəlin edilən güzəştlərin 1.2-ci bəndinə müvafiq olaraq komissiya tutulur |
|
Səhmlər |
Yerləşdirmə 0,05% (min. 0,5 və maks. 500 manat) |
Komissiya haqqı əqdin həcmindən hər iki tərəfdən tutulur |
Təkrar bazar 0,05% (min. 0,5 və maks. 200 manat) |
Komissiya haqqı əqdin həcmindən hər iki tərəfdən tutulur (marketmeyker əqdləri istisna) |
|
Marketmeyker əqdləri 0,03% (min. 0,5 və maks. 120 manat) |
Göstərilmiş tarif yalnız marketmeykerə şamil edlilir, əqdin digər tərəfindən Tarif cədvəlin 2.2-ci bəndinə müvafiq olaraq komissiya tutulur |
|
Korporativ istiqrazlar və Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlara məxsus istiqrazlar |
Yerləşdirmə 0,02% |
Komissiya əqdin həcmindən və yalnız investor tərəfdən tutulur. Emitent xərcləri öz üzərinə götürə bilər |
Təkrar bazar 0,01% |
Komissiya haqqı əqdin həcmindən və hər iki tərəfdən tutulur |
|
Marketmeyker əqdləri 0,0075% (maks. 1000 manat) |
Komissiya haqqı əqdin həcmindən tutulur və yalnız marketmeykerə şamil edilir, əqdin digər tərəfindən Tarif cədvəlin edilən güzəştlərin 3.2-ci bəndinə müvafiq olaraq komissiya tutulur. |
|
Repo əməliyyatları |
0,001% |
Komissiya haqqı açılış əqdin həcmindən və hər iki tərəfdən tutulur (Azərbaycan Respublikasının Mərkəzi Bankından komissiya haqqı tutulmur) |
* AR Mərkəzi Bankından və AR Maliyyə Nazriliyindən komissiya haqqı tutulmur.
** İstiqrazların nominal dəyəri xarici valyutada olduqda komission haqqı AR Mərkəzi Bankının cari tarixə olan valyuta məzənnəsi ilə manatla önənilməlidir.