Bakı Fond Birjasında 2024-cü ilin yanvar-sentyabr ayları ərzində (ilk 9 ayda) dövlət qiymətli kağızlar üzrə əməliyyatların həcmi 5 milyard 269 milyon manat təşkil edib.
FED.az BFB-yə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 910,4 milyon manat və ya 14,7% azdır.
Dövlət qiymətli kağızları ilə əməliyyatların təkcə həcmi deyil, əməliyyat sayı da azalıb. Belə ki, dövlət kağızlarının alqı-satqısı üzrə 2114 əməliyyat aparılıb ki, bu da əvvəlki ildən 109 ədəd və ya 5% azdır.
Dövlət kağızları ilə əməliyyatların 4 milyard 197 milyon manatı ilkin bazarda, 1 milyard 71 milyon manatı isə təkrar bazarın payına düşüb.
Ötən illə müqayisədə ilkin bazar üzrə əməliyyatlar 720 milyon manat, təkrar bazar üzrə əməliyyatlar isə 190 milyon manat azalıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.