Bakı Fond Birjasında (BFB) ötən həftə satılan səhmlərin həcmi açıqlanıb. FED.az xəbər verir ki, ötən həftə birjada 20 əqdlə ümumilikdə 1206 səhm satılıb. Satılan səhmlərin ümumi məbləği 6,3 min manat olub.
Ümumilikdə ötən həftə əməliyyatlar 13 şirkətin səhmləri ilə aparılıb. Ən böyük əqd “Azəraqrartikinti” ASC-nin səhmləri ilə bağlanılıb. Şirkətin hər birinin qiyməti 20 manat olan 130 səhmi 2600 manata satılıb.
Ən çox səhmi satılan şirkət isə “Bakı ixtisaslaşdırılmış mexanizasiya-7“ASC olub. Şirkətin hər birinin qiyməti 2,4 manat olan 234 səhmi ümumilikdə 564,60 manata satılıb.
Satılan ən bahalı səhm isə qiyməti 40 manat olan “European Tobacco-Baku” ASC-nin səhmləri olub.
Eləcə də bax: Bitkoin sürətlə bahalaşır – 5600 DOLLARI KEÇDİ
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.