FED.az xəbər verir ki, Bakı Fond Birjasında 2020-ci ilin yanvar-noyabr ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 11 milyard 378 milyon 810 min manat təşkil etmişdir. Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar-noyabr ayları ərzində Bakı Fond Birjasında qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 13 milyard 5 milyon 127 min manat təşkil etmişdi.
“Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi təkrar bazar üzrə ticarət həcmində 55%, korporativ qiymətli kağızlar bazarı üzrə 90%, repo əməliyyatları üzrə isə 83%, səhmlər üzrə ilkin bazarda 132 misli, səhmlər üzrə təkrar bazarında isə 12 misli qədər böyümə qeydə alınmışdır”,- Birjanın yaydığı məlumatda deyilir.