12 fevral 2020-ci il tarixindən Bakı Fond Birjasının Üzvlük Komissiyasının qərarı ilə “Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-nin birja üzvlüyü 1 il müddətinə dondurulub.
Eləcə də bax: Azərbaycanın investisiya şirkətinin – SAHİBLƏRİ TOPLAŞIR
FED.az bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.
Üzvlük Birja üzvünün müraciəti əsasında dondurulub.
Xəbər verdiymiz kimi, 3 aprel 2020-ci il tarixində saat 11:00-da "Plato Capital and Co. İnvestisiya Şirkəti" ASC Səhmdarlarının Ümumi Yığıncağı keçiriləcəkdir.
Yığıncağın gündəliyində duran əsas məsələlər bunlardır:
1) 2019-cu ilin yekunlarına dair nəticələrin müzakirə edilməsi.
2) Şirkətin növbəti dövrlər üçün strateji plan və hədəflərinin müəyyən
edilməsi.
3) Digər məsələlər.