6 iyul 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı “AzFinance İnvestisiya Şirkəti” QSC-nin ümumi dəyəri 1 milyon ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib. Diskontlu təmin edilməmiş, sənədsiz, adlı istiqrazların hər birinin nominaı dəyəri 1000 ABŞ dolları, sayı 1000 ədəd, tədavül müddəti 1 ildir.
“VMF”in 1 milyonluq istiqrazlarına 12 investordan 12 sifariş - HƏRRACIN NƏTİCƏSİ
Bu barədə FED.az-a Bakı Fond Birjasından bildirilib.
28 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında “AzFinance İnvestisiya Şirkəti” QSC-nin ümumi dəyəri 1 milyon ABŞ dolları olan istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.