2024-cü ildə Azərbaycanın daxili maliyyə bazarında dövlət istiqrazlarının yerləşdirilməsindən əldə olunan vəsait hesabına əvvəlki illərdə buraxılmış dövlət istiqrazları üzrə vaxtı çatmış 1 milyard 888,7 milyon manat məbləğində əsas borc ödənişləri investorlara geri qaytarılıb.
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
"Bununla yanaşı, hesabat dövründə investorlara 170,3 milyon manat məbləğində faiz və diskont ödənişləri həyata keçirilib", - deyə məlumatda qeyd olunub.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür