“Bakı Yüngül Konstruksiya” ASC səhmlərinin dəyərini azaltmaqyolu ilə ümumilikdə şirkətin kapitalını azaltmağa hazırlaşır.
FED.az xəbər verir ki, bu məsələ şirkətin səhmdarlarının qarşıdakı ümumi yığıncağında müzakirə ediləcək.
24 sentyabr 2026-cı il, saat 11.00-da, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, 4a nömrəli ünvanda “Bakı Yüngül Konstruksiya” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Yığıncağın gündəliyi:
Dövriyyədə olan səhmlərin nominal dəyərinin azaldılması yolu ilə nizamnamə kapitalının azaldılması, nizamnaməyə müvafiq dəyişikliklərin edilməsi və sərbəstləşən vəsaitin səhmdarlara geri ödənilməsi.
Səhmdarlar 2026-cı il sentyabrın 4-dək yığıncağın gündəliyinə əlavə təkliflər verə bilərlər.
Elan “Bakı Yüngül Konstruksiya” ASC-nin sədri Elnur Axundov tərəfindən verilib.













