Azərbaycan 2025-ci ildə Özbəkistandan yarım milyard dollardan artıq məbləğdə qızıl və qızıldan hazırlanan məmulatlar alıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən il Özbəkstandan Azərbaycana ümumi kütləsi 4 tondan artıq olan - qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər gətirilib.
Daha dəqiqi bu məmulatların ümumi çəkisi 4 ton 149 kiloqram 440 qram təşkil edib. Onların dəyəri isə 508 milyon 249 min dollar olub.
Başqa sözlə, Özbəkistandan gətirilən qızıl məmulatlarının kiloqramı 122 500 dollar, 1 qramı isə 122 dollar və ya 208 manat təşkil edib. Bu dünya bazarında qızılın ötənilki qiymətinə uyğun gəlir.
Maraqlıdır ki, 2026-cı ildə Özbəkistandan bu maddə üzrə idxal olmayıb.













