Banner

Birja

“Azərbaycan İnvestisiya Şirkəti” sahibkarlara - MÜRACİƏT EDİB

“Azərbaycan İnvestisiya Şirkəti” sahibkarlara - MÜRACİƏT EDİB | FED.az
14:01 18 İyun 2019

İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) yerli sahibkarları Masallı Sənaye Məhəlləsinin imkanlarından faydalanmağa çağırıb.

FED.az xəbər verir ki, iş adamlarına şirkətin icraçı direktoru Allahverdi Paşayev müraciət edib.

“Hazırda Masallı Sənaye Məhəlləsində 10 sahibkarlıq subyekti fəaliyyət göstərir. Bunların yarısı mebel və mebel aksesuarlarının istehsalı ilə məşğuldur. Mövcud rezidentlər Məhəllənin 10 hektarlıq ərazisinin 4 hektarından istifadə edir. İş adamları qalan 6 hektarda layihələrini həyata keçirə bilərlər. İqtisadiyyat Nazirliyi, o cümlədən AİŞ sahibkarlara infrastruktur təminatı ilə bağlı digər xərclərin ödənilməsində dəstək verəcək”, - deyə o, qeyd edib.

Xatırladaq ki, AİŞ sənaye həhəllələrinin təşkil və idarə edilməsinə nəzarəti həyata keçirir. 

Digər xəbərlər

Banner