Hazırda yerli birjada investisiya yatırmaqla yanaşı xarici birjalarda da pul qazanmaq imkanı var. Artıq uzun müddətdir ki, bir çox ölkələrdə investorlar məhz birjalarda yatırım etməklə külli miqdarda pul qazanırlar.Bəs azərbaycanlı investor xarici birjalarda necə qazanc əldə edə bilər. Bu barədə suallara cavabı ölkəmizdə artıq çoxdandır ki, fəaliyyət göstərən AzFinance İnvestisiya Şirkətinin eksperti Valeh Qənbərov cavablandırıb. Müsahibəni təqdim edirik.
- Hazırda xarici bazarda azərbaycanlı investorlar nəyə pul yatırsa qazanc əldə edə bilər?
- İlkin olaraq onu demək lazımdır ki, xarici bazarla yerli bazar arasında böyük fərq var. Əgər yerli investor SOCAR istiqrazlarına və ya bank depozitlərinə alternativ investisiya aləti axtarırsa, bu zaman o öz vəsaitlərini beynəlxalq maliyyə bazarlarında yerləşdirə bilər.
AzFinance İnvestisiya Şirkətinin hazırda ən aktual xidmətlərindən biri beynəlxalq bazarlarda Asset Management xidmətidir. Qanunvericilikdə fərdi investorun portfelinin idarə edilməsi kimi tanınan bu xidmət beynəlxalq təcrübədə investisiya şirkətlərində ən çox müraciət edilən xidmətdir. Müştərilərin vəsaitləri onların seçdiyi strategiyaya və müştəri profilinə uyğun olaraq idarə edilir. İnvestora qiymətli kağızlardan ibarət portfel yığılır. Bu portfelə səhmlər, istiqrazlar, qızıl, neft fyuçersləri və s. investisiya alətləri daxil ola bilər. Əgər investor aqressiv strategiya seçirsə, bu zaman onun portfeli əsasən texnoloji səhmlərdən ibarət ola bilər. Misal üçün Apple İnc. şirkətinin səhmləri 2017-ci ilin əvvəlində 115 dollara olub, hal-hazırda isə bir səhmin qiyməti 170 dolları keçib, bu isə illik 50% faizə yaxın gəlirlikdir. Həmçinin də Apple şirkəti öz səhmdarlarına dividend ödəyib, bu da müştərinin broker hesabında əlavə pul şəklində gəlir deməkdir. Qeyd etmək lazımdır ki, ABŞ-da səhm üzrə dividend ödənişi hər kvartal olur.
- Apple və Facebookun səhmlərini almaq üçün nə qədər pul tələb olunur?
- AzFinance İnvestisiya Şirkəti ilə beynəlxalq bazarlarda ticarət etmək üçün tələb olunan minimal məbləğ 5 min dollar təşkil edir. Müştəriyə ticarət platforması təqdim edilir və vahid platforma vasitəsilə müştəri dünyanın ən böyük birjalarına çıxış əldə edir. Nəinki Apple və Facebook, broker hesabı açan treyder 10 mindən çox maliyyə alətləri ilə ticarət etmək imkanı qazanır. McDonalds, Tesla, Ford, Chevron və Apple kimi böyük şirkətlərin səhmləri ABŞ fond birjalarında aktiv ticarət olunurlar. Portfel idarəçiliyində (Asset Management xidməti) isə minimal məbləğ 25 min dollar təşkil edir, bu növ hesabda idarə etmə müştərinin şəxsi hesabında və onun xeyrinə həyata keçirilir. AzFinance İnvestisiya Şirkətinin professional idarəçiləri doğru zamanda alış və satış qərarları verib onları icra edirlər. Hər iki növ hesabda qiymətli kağızlar və pullar müştərinin adında olur.
- AzFinance İnvestisiya Şirkəti olaraq daha çox hansı əcnəbi birjalarla işləyirsiz?
- Bizim dünyanın əksər birjalarına birbaşa çıxış imkanımız var. Bugünkü gündə dünyanın ən böyük ticarət meydanları NYSE, Nasdaq, London (LSE) və Tokio (TSE) fond birjalarıdır.
Səhm bazarı ilə yanaşı investorlar arasında əmtəəyə pul yatırmaq istəyənlər də çox olur. Əmtəə ilə ticarət NYMEX və CME birjalarında aparılır. AzFinance İnvestisiya Şirkətinin müştəriləri sadəcə terminala daxil olaraq hər iki birjada öz əməliyyatlarını həyata keçirə bilərlər. Bu birjalarda qızıla, neftə, müxtəlif metallara, xammmala və enerji daşıyıcılarına investisiya etmək mümkündür. Əmtəəyə investisiya etməyin üstünlüyü odur ki, siz valyuta riskindən azad olursuz, manatın, dolların və ya digər valyutanın qalxıb düşməsi sizə birbaşa təsir etmir. Bu azərbaycanlı investoruna çox yaxın mövzudur. Bütün dünyada olduğu kimi bir çox azərbaycanlılar da vəsaitlərini nağd pulda yox, qızıl kimi investisiya alətində saxlamağa üstünlük verirlər və qızılı “qoruyucu” aktiv kimi qəbul edirlər. Bizdə, öz növbəmizdə, investorlara imkan yaradırıq ki, belə növ aktivləri üçüncü şəxslərin vasitəçiliyi olmadan birbaşa birjadan alsınlar.
- Kriptovalyutada necə gəlir əldə etmək olar?
- Kriptovalyuta bazarı çox böyük sürətlə böyüyür. Bitcoin fyuçersi artıq dekabr ayından CME (Çikaqo Əmtəə Birjası) və CBOE birjalarında listinqdədir. Hər iki birjalara AzFinance İnvestisiya Şirkəti broker müqaviləsi əsasında çıxış verir. Bizim müştərilər Bitcoin-in həm qalxmasından, həm də ki, düşməsindən qazana bilərlər. Hal-hazırda kriptovalyutada, xüsusən Bitcoin-da, volatillik çox yüksəkdir. Bu aktivin “bubble” olduğunu düşünənlər qısa mövqelərə girə bilərlər, Bitcoin-da böyük potensial görənlər isə onu öz portfelinə əlavə edə bilərlər. Hər halda aktivləri diversifikasiya etmək lazımdır ki, vəsaitlər təkcə bir alətdən asılı olmasın.
- Xarici bazara çıxmaq istəyən azərbaycanlı investorlar çoxdur?
- İnvestorlar vəsaitlərini daha təhlükəsiz və gəlirli yerlərə yönəltmək istəyirlər və öz aktivlərini diversifikasiya edirlər, ona görə də dünya bazarlarına çıxmaq istəyən şəxslərin sayı artır. Biz müştərilərə beynəlxalq bazarlarda ticarət etmək üçün tam infrastruktur qurmuşuq, AzFinance-da hesab açmaq proseduru çox rahatdır. İnvestorların çoxu əsasən ABŞ səhm bazarına üstünlük verirlər, təkcə Nyu-Yorkun NYSE fond birjasında listinqdən keçən şirkətlərin sayı 4 minə yaxındır və səhm bazarının kapitallaşması 20 trln. dolları ötüb keçib. İnstitusional investorlar isə daha çox sabit gəlirli maliyyə alətlərini seçir, onlar üçün isə ən təhlükəsiz və cəlbedici kağızlar Avrobondlardır.