Bildiyiniz kimi, 17-24 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasında ABB səhmlərinin İlkin Kütləvi Təklif (IPO) üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır.
ABB-dən kapital bazarlarını canlandıracaq - DAHA BİR ADDIM!
FED.az xəbər verir ki, ABB səhmlərinə 3 aylıq abunə yazılışı prosesi ölkəmizin kapital bazarları üçün tarixi nəticə ilə tamamlanıb. Belə ki, ABB-nin 56 milyon manatdan çox səhm yerləşdirməsi baş tutmuşdur.
İlkin Kütləvi Təklif (IPO) sonrası Bakı Fond Birjası (BFB) üzərindən ABB səhmlərinin təkrar bazarda məsafədən ticarətinə başlanılmışdır. Bu, bazar iştirakçılarının ABB səhmlərinə daha rahat və əlçatan şəkildə yatırım etmələrinə şərait yaradır.