Bu ilin yanvar-sentyabr aylarında “ABB İnvest” İnvestisiya Şirkəti QSC-nin birja əməliyyatlarının həcmi 25 milyard 457 milyon manat olub.
İnvestisiya şirkətlərinin dövriyyənin dinamikası üzrə - RENKİNQİ - (YANVAR-SENTYABR/2026)
FED.az biznes və maliyyə xəbərləri portalı Bakı Fond Birjasına istinadən xəbər verir ki, şirkətin birja əməliyyatlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 989 milyon manat və ya 10,5% azalıb.
Şirkətin birja əməliyyatlarının sayı isə 4 min 483 ədəd, yaxud da 22,5% artaraq 24 milyon 382 min manata yüksəlib.
Ümumi əməliyyatların 94%-ini tutan repo əməliyyatlarının həcmi illik müqayisədə 821 milyon manat və ya 3,3% azalıb.
Bu ilin ilk 9 ayında “ABB İnvest” Mərkəzi Bankın qiymətli kağızları ilə 495,9 milyon manatlıq ticarət edib. Bu, illik müqayisədə 319 milyon manatlıq (2,8 dəfə) artım deməkdir.
Şirkətin dövlət istiqrazları ilə ticarətinin həcmi 653,4 milyon manat olub ki, bu da, 2025-ci ilin yanvar-sentyabr aylarına nəzərən 3 milyard 767,9 milyon manat (6,8 dəfə) azdır.
Korporativ istiqrazlar ilə ticarətin həcmi 370,3 milyon manat olmaqla, illik 51,8 milyon manat (16,3%), səhmlərlə ticarətin həcmi 19,5 milyon manat olmaqla, illik müqayisədə 14,9 milyon manat (4,2 dəfə) artıb.














